Haqqımızda
EVORIA — Gilan Construction Materials Group tərəfindən yaradılmış, ev, ofis və müxtəlif məkanlar üçün keyfiyyətli, estetik və funksional məhsullar təqdim edən müasir satış platformasıdır. Brendimiz müasir dizaynı, funksionallığı və etibarlı xidmət prinsiplərini bir araya gətirərək müştərilərinə premium və rahat alış-veriş təcrübəsi təqdim edir. Məhsul çeşidlərimizə Gilan Construction Materials Group-un istehsalı olan məhsullarla yanaşı, Azərbaycan, Türkiyə və Avropa istehsalı olan seçilmiş yerli və beynəlxalq brendlər daxildir. EVORIA fərdi yaşayış məkanları ilə yanaşı, otel, restoran, ofis və digər kommersiya layihələri üçün də estetik və funksional həllər təqdim edir. Məqsədimiz yalnız məhsul satışı deyil, müştərilərimizin ehtiyacına uyğun düzgün seçim etməsinə dəstək olmaq, layihələr üçün uzunömürlü və keyfiyyətli həllər təqdim etməkdir. Bu səbəbdən keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyəti fəaliyyətimizin əsas prioritetlərini təşkil edir.
EVORIA həm fərdi, həm də korporativ müştərilər üçün operativ xidmət, təhlükəsiz sifariş, peşəkar yanaşma və uzunmüddətli tərəfdaşlıq prinsipləri təqdim edir.